Joau Kanselo yenidən "Barselona"da

"Barselona" portuqaliyalı cinah müdafiəçisi Joau Kanselonun transferini rəsmən açıqlayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edib.

Kanselo və "Barselona" 3 mövsümlük – 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar.

Xatırladaq ki, 2026-cı ilin yanvarında Kanselo ötən mövsümün sonuna kimi "Barselona" tərəfindən icarəyə götürülmüşdü. 32 yaşlı müdafiəçi həmçinin 2023/2024 mövsümündə də kataloniyalılarda çıxış edib.

Portuqaliyalı futbolçu "Barselona"da bütün turnirlərdə ümumilikdə 65 matç keçirib, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Kanselonun "Əl-Hilal" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulumuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right