Türkiyənin "Qalatasaray" klubu Rusiyanın "Lokomotiv" komandasından yarımmüdafiəçi Aleksey Batrakovun transferini rəsmən açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər futbolçu ilə rəsmi müqavilə imzalayıblar.
Batrakov Moskvanın "Lokomotiv" klubunun akademiyasının yetirməsidir. O, "dəmiryolçular"ın əsas komandasında ümumilikdə 84 matçda meydana çıxıb, 34 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.