"Parma"nın müdafiəçisi "Benfika"da

"Parma"nın və Avstraliya millisinin mərkəz müdafiəçisi Alessandro Çirkati "Benfika"nın futbolçusu olub.

Newsport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 5 illik – 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Transfer məbləği açıqlanmasa da, söhbət 18 milyon avro və əlavə olaraq 5 milyon avro mümkün bonuslardan gedir.

Çirkati 18 yaşında Avstraliyanın "Pert Qlori" klubundan "Parma"ya keçib. Həmin vaxtdan bəri o, "Parma"nın əsas komandasında bütün turnirlərdə 96 matçda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib. İtalyan və Avstraliya kökləri olan 22 yaşlı müdafiəçi Avstraliya millisini seçib və komandanın heyətində 17 oyuna çıxaraq 1 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right