“Barselona”nın və İspaniya millisinin sabiq müdafiəçisi Karles Puyol, Kataloniya klubunun hücumçusu Lamin Yamal barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu, Yamalın həm “Barselona”, həm də İspaniya millisi ilə gələcəkdə daha çox titul qazanmaq potensialına malik olduğunu bildirib:
“Lamin ətrafında çoxlu xəbərlər dolaşır. Mən onu sakit, məqsədyönlü və ayaqlarını yerə möhkəm basan biri kimi görürəm. Onun qarşısına qoyduğu məqsədləri var. Ona başa salmalıyıq ki, artıq dünya çempionluğu və mühüm titullar qazanıb, amma futbolçu kimi inkişafını davam etdirməli və kolleksiyasına daha çox titul əlavə etməyə çalışmalıdır. Onun hər şeyi var. İspaniya millisi çox gəncdir və qarşıda parlaq gələcək var. Bir dünya çempionluğu qazanmaq yaxşıdır, ikisi isə inanılmaz olar. Bunu bacara biləcək bir nəsil varsa, bu, bizim nəsildir. Mən onu məhz bu istiqamətdə motivasiya etməyə çalışardım”.