“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, Premyer Liqa klubu İtaliya millisinin müdafiəçisi Matteo Rudceri və Yaponiya yığmasının qapıçısı Dzion Suzuki ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rudceri Madridin “Atletiko” klubundan transfer olunub. 24 yaşlı futbolçu ötən mövsüm İspaniya La Liqasında 26, UEFA Çempionlar Liqasında isə 15 oyunda meydana çıxıb və ümumilikdə 7 məhsuldar ötürmə edib.
Suzuki isə “Aston Villa”ya İtaliyanın “Parma” klubundan keçib. 23 yaşlı qapıçı ötən mövsüm A Seriyasında 22 matçda iştirak edib, 30 qol buraxıb və 6 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. O, Yaponiya millisinin heyətində 2026-cı il dünya çempionatında da çıxış edib.
Məlumata görə, “Aston Villa” Suzuki üçün təxminən 30 milyon funt sterlinq, Rudceri üçün isə 17 milyon funt sterlinq ödəyib.