ABŞ millisinin müdafiəçisi Mark Makkenzi "Filadelfiya"ya keçib

"Filadelfiya" klubu Fransanın "Tuluza" komandasının və ABŞ millisinin müdafiəçisi Mark Makkenzinin keçidini başa çatdırıb.

Newsport.az ESPN-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2027-ci ilin yanvarında, MLS mövsümünün yaz hissəsindən əvvəl Amerika təmsilçisinə qoşulacaq.

Keçidin məbləği təxminən 2 milyon 160 min avro təşkil edir.

Müdafiəçi 2024-cü ilin avqustundan "Tuluza"da çıxış edir və onun klubla müqavilənin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 33 matçda 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Filadelfiya"nın yetirməsi olan M.Makkenzi daha əvvəl də bu komandanın formasını geyinib. O, Avropada Belçikanın "Genk" klubunda da oynayıb.

"Transfermarkt" portalı oyunçunun dəyərini 7 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right