"Nyukasl" "Mançester Siti"nin yarımmüdafiəçisini istəyir

"Mançester Siti"nin 24 yaşlı yarımmüdafiəçisi Niko Qonsales "Nyukasl"ın maraq dairəsinə düşüb.

Newsport.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "sağsağanlar" Sandro Tonali və Brunu Gimaraeşin gedişindən sonra yarımmüdafiə xəttini gücləndirmək üçün oyunçu axtarışını davam etdirirlər.

Qonsalesin özü isə başqa komandaya keçməyə tələsmir, çünki "şəhərlilər"in heyətində özünü hələ sübut etmək niyyətindədir.

Qeyd edək ki, Niko Qonsales ötən ilin fevralında, komandaya Qvardiola rəhbərlik etdiyi dövrdə "Porto"dan "Mançester Siti"yə transfer olunub.

İspaniyalı futbolçu 2025/26 mövsümündə daxili çempionatda 25 matçda meydana çıxıb və 1 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right