Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu İngiltərə millisinin hücumçusu Olli Uotkinsin mümkün transferi ilə bağlı "Aston Villa"ya rəsmi təklif göndərib.
Newsport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Səudiyyə təmsilçisi 30 yaşlı hücumçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib. "Aston Villa" daha əvvəl bu klubun iki qeyri-rəsmi təklifini rədd etsələr də, bu dəfəki müraciət rəsmi xarakter daşıyır.
Futbolçunun özü Səudiyyə Ərəbistanında çıxış etməyə etiraz etməsə də, son qərarı İngiltərə klubu verəcək. Daha əvvəl Birmingem təmsilçisinin baş məşqçisi Unai Emerinin planlarına daxil olan Uotkinsi ən azı 2026/27 mövsümünün sonuna qədər komandada saxlamaq istədiyi bildirilirdi.
İngiltərəli hücumçunun "Aston Villa" ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.