Füllkruq "Verder"ə qayıtdı

"Verder" hücumçu Niklas Füllkruqla müqavilə imzalayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı alman futbolçu mövsümün sonunadək "Vest Hem"dən icarəyə götürülüb.

Mediada daha əvvəl bildirilmişdi ki, müqavilədə satınalma hüququ nəzərdə tutulmayıb. "Verder"in yetirməsi olan hücumçunun Bundesliqaya qayıtmaq üçün maaşının azaldılmasına da razı olduğu deyilirdi.

Füllkruq 2012-2014 və 2019-2023-cü illərdə "Verder"in formasını geyinib. O, ötən mövsümün bir hissəsini icarə əsasında "Milan"da keçirib. Alman futbolçu İtaliya klubunun heyətində 20 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right