Keçmiş və indiki həyat yoldaşı dalaşdı, baş məşqçi huşunu itirdi

Misir millisinin baş məşqçisi Hossam Hasan ailə münaqişəsi zamanı huşunu itirib.

Newsport.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Hadisə Hasanın hazırkı həyat yoldaşı Dan-Adamla birlikdə Misirdəki otellərdən birində istirahət etdiyi vaxt baş verib. Bu zaman onlar baş məşqçinin uşaqları ilə birlikdə olan keçmiş həyat yoldaşı Huveyda ilə qarşılaşıblar.

Qadınlar arasında qarşılıqlı təhqirlərdən sonra ciddi mübahisə yaranıb. Daha sonra Dan-Adam münaqişə zamanı kiminsə onun üzərinə isti qəhvə atdığını bildirib.

Münaqişənin mərkəzində qalan Hossam Hasan tərəfləri sakitləşdirməyə çalışsa da, sonda huşunu itirib. Bir müddət sonra hadisə yerinə polis gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right