Niderland millisinin üzvü “Borussiya”da!

Almaniyanın “Borussiya” (Dortmund) klubu Niderlandın PSV komandasının və yığmanın yarımmüdafiəçisi Coui Vermanı heyətinə qatıb.

Newsport.az Bundesliqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub.

Yarımmüdafiəçi karyerası ərzində ölkəsinin “Volendam” və “Herenven” klublarında da çıxış edib.

Qeyd edək ki, C.Verman 2022-ci ilin yanvarından formasını geyindiyi PSV-nin heyətində keçirdiyi 198 matçda 31 qol vurub. O, Eyndhoven təmsilçisi ilə 3 dəfə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 3 dəfə isə Superkubokunu qazanıb. Futbolçu Niderland millisinin heyətində 16 oyunda 1 qolla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right