İngiltərənin “Nyukasl” klubu Portuqaliyanın “Benfika” komandasının müdafiəçisi Amar Dediçi heyətinə qatdığını açıqlayıb.
Newsport.az Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Bosniya və Herseqovina millisinin üzvü İngiltərə təmsilçisinin yay “transfer pəncərəsi”ndəki 6-cı transferi olub. Müdafiəçi daha əvvəl Avstriyanın “Liferinq” və “Zaltsburq” klublarında “Nyukasl”ın baş məşqçisi Matias Yaysslenin rəhbərliyi altında çıxış edib. Həmçinin Avstriyanın “Volfsberq” və Fransanın “Marsel” komandalarında da oynayan futbolçu ötən yay “Benfika”ya keçib.
Qeyd edək ki, A.Dediç Bosniya və Herseqovina yığmasının heyətində 31 matça çıxıb.