Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?

“Real”ın futbolçusu Arda Güler yeni mövsümün hazırlıq prosesində komandanın ən diqqətçəkən oyunçularından biri olub.

Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Türkiyə millisinin 21 yaşlı üzvü hazırlıq dövründə “Real”ın ən yaxşı və sabit futbolçusu kimi fərqlənib. Bildirilir ki, Joze Mourinyo Madrid klubuna qayıtdıqdan sonra komandanın oyun strategiyasının müəyyən hissəsini Arda Gülərin üzərində qurub. Gənc yarımmüdafiəçinin məşqlərə yüksək səviyyədə hazır gəldiyi və La Liqada mövsümün ilk oyununda start heyətində yer almağa layiq olduğunu göstərdiyi qeyd olunur.

Arda Güler Mourinyodan əvvəl “Real”da 10 nömrə mövqeyində çıxış etməsə də, portuqaliyalı mütəxəssisin ona verdiyi yeni tapşırığın öhdəsindən uğurla gəlib. Mənbə futbolçunun çıxışını belə qiymətləndirib: “Mourinyonun ona həvalə etdiyi vəzifəni artıqlaması ilə yerinə yetirdi. “Real”da daha əvvəl 10 nömrə mövqeyində oynamayan futbolçu əsl 10 nömrə performansı göstərdi”.

Qeyd edək ki, Arda Güler ötən mövsüm “Real”ın heyətində 51 matçda 6 qol vurub və 14 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right