Tanınmış futbolçu ərəb klubuna keçdi

"Ayntraxt"ın (Frankfurt ) hücumçusu Mişi Batşuayi Səudiyyə Ərəbistanının "Abha" klubuna keçib.

Newsport.az xəbər verir ki, 32 yaşlı belçikalı futbolçu komandaya azad agent statusu ilə qoşulub.

Bu barədə ərəb klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin fevralından "Ayntraxt"da çıxış edən futbolçu  21 matçda 4 qol vurub. O, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", İngiltərənin "Çelsi", "Kristal Pelas", İspaniyanın "Valensiya", Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Marsel" və Belçikanın "Standard" komandalarının da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right