"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeşin "Qalatasaray"a keçidi bu yay reallaşmayacaq.
Newsport.az " A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalının Türkiyə çempionu ilə anlaşacağı gözlənilirdi.
Lakin Fernandeş bu yay Mançester klubunda qalmağa üstünlük verib. 31 yaşlı futbolçunun "qırmızı şeytanlar"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
"Qalatasaray" onun keçidini qarşıdakı mövsümün əvvəlində reallaşdırmağa çalışacaq.