"Barselona"dan "Ayaks"a

“Barselona” müdafiəçisi Jofre Torrents “Ayaks”a keçib.

Newsport.az xəbər verir ki, 19 yaşlı futbolçu Niderland klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu barədə Amsterdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"De Telegraaf"ın məlumatına görə, bonuslar nəzərə alınmaqla transferin ümumi məbləği 6 milyon avrodur.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Torrents 2025/26 mövsümündə La Liqada 3 oyunda iştirak edib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right