"Real"ın hücumçusu Hakobo Orteqa Fransanın "Strasbur" klubuna keçib

Madrid "Real"ının hücumçusu Hakobo Orteqa Fransanın "Strasbur" klubuna keçib.

Newsport.az xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalı sövdələşməni 10 milyon avro dəyərində qiymətləndirib.

İspaniya mediası qeyd edir ki, bu, əsas komandada oyun keçirməyən "Real"ın öz yetirməsinin rekord satışıdır.

Hakobo Orteqa ötən mövsüm Madrid təmsilçisinin ikinci komandasında keçirdiyi 18 oyunda 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right