"Real"a dönüşü gələn ilə qala bilər

"Real"ın braziliyalı vingeri Rodriqonun yaşıl meydanlara dönüşü 2027-ci ilin əvvəlinə qədər uzana bilər.

Newsport.az xəbər verir ki, bu barədə "COPE" nəşri məlumat yayıb. 25 yaşlı futbolçu hazırda ağır zədədən sonra bərpa prosesini davam etdirir və klub onun dönüşünü tələsdirmək niyyətində deyil.

Rodriqo sağ dizinin ön çarpaz bağının və lateral meniskinin zədələnməsi səbəbindən əməliyyat olunub. İlkin olaraq onun bərpa müddətinin 10-12 ay çəkəcəyi bildirilmişdi. Bu səbəbdən futbolçu 2026-cı il dünya çempionatını da buraxıb. 

Beləliklə, Rodriqonun 2026-cı ilin sonuna qədər "Real"ın heyətində meydana çıxmayacağı ehtimal olunur. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right