"Yuventus" klubu İtaliya A Seriyasının digər təmsilçisi "Bolonya"nın müdafiəçisi Con Lukumini transfer etdiyini açıqlayıb.
Newsport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı kolumbiyalı futbolçu ilə müqavilənin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
Qeyd edək ki, "Deportivo Kali"nin (Kolumbiya) yetirməsi olan C.Lukumi 2018-ci ildən Belçikanın "Genk" klubunda çıxış edib. O, 2022-ci ildən formasını geyindiyi "Bolonya"da keçirdiyi 152 oyunda 2 qol vurub və bu qollardan birinə UEFA Çempionlar Liqasında imza atıb.