"Yəqin ki, bu, futbolda son mövsümümdür, gələcəyim artıq müəyyənləşib" - Ronaldo

Kriştiano Ronaldo futbolçu karyerasını bir ildən sonra başa vura biləcəyini deyib.

Newsport.az xəbər verir ki, “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu bildirib ki, qarşıdakı mövsüm onun futbolçu kimi son mövsümü ola bilər:

“Yəqin ki, bu, futbolda son mövsümümdür və təsirli bir miras qoymaq istəyirəm. Gələcəklə bağlı bütün planlarım artıq hazırdır. Görüləsi o qədər işim var ki, onlardan yalnız birini seçmək çətindir.

Futboldan getmək böyük boşluq yarada bilər. Buna görə də həmin boşluğu yalnız bir şeylə deyil, müxtəlif fəaliyyətlərlə doldurmaq lazımdır.

Daha çox əylənmək, daha çox səyahət etmək, çox sevdiyim padelə baxmaq və oynamaq, qazandığım – qazandığımız şeylərdən zövq almağa davam etmək istəyirəm. Nəhayət, bu 25 il çoxsaylı fədakarlıqlarla keçib".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right