“Fənərbaxça”dan ingiltərəli futbolçu ilə bağlı rəsmi açıqlama

“Fənərbaxça” “Çelsi”nin oyunçusu Ceymi Bayno-Gittensin transferi ilə maraqlanmadığını açıqlayıb.

Newsport.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Klub bu məlumatların “Fənərbaxça”nın adından istifadə etməyə yönəlmiş cəhd olduğunu vurğulayıb:

“Fənərbaxça”nın Bayno-Gittensə marağı ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil. Biz açıq şəkildə bildiririk ki, yalançı transfer iddiaları ilə “Fənərbaxça”dan sui-istifadə cəhdləri heç bir nəticə verməyəcək”.

Bayno-Gittens 2025/26 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right