Tanınmış futbolçu "Əl-Nəsr"i "Əl-İttihad"a dəyişə bilər

“Əl-Nəsr” və “Portuqaliya” millisinin forvardı Joao Feliks Səudiyyə Ərəbistanında komandasını dəyişə bilər.

Newsport.az “A Bola”ya istinadən xəbər verir ki, portuqaliyalı forvarda “Əl-İttihad”dan maraq var. 

Feliksin “Əl-Nəsr”i məhz Ciddə təmsilçisinə dəyişə biləcəyi gözlənilir. Hazırda tərəflər arasında danışıqlar davam edir. 

Onun “Əl-İttihad”a icarə əsasında keçəcəyi gözlənilir. Joaonun “Əl-Nəsr”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right