İtaliya millisi ilə Avropa çempionu olan futbolçu karyerasını başa vurdu 36 yaşında futbolla vidalaşdı

Çiro İmmobile futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı “Paris” klubunun hücumçusu komanda yoldaşlarına bildirib ki, artıq ailəsi ilə daha çox vaxt keçirməyin zamanı gəlib.

İmmobile karyerası ərzində “Bolonya”, “Beşiktaş”, “Latsio”, Dortmund “Borussiya”sı, “Sevilya”, “Yuventus” və digər klublarda çıxış edib.

İtaliyalı forvard A Seriyasının tarixinin ən yaxşı bombardirləri siyahısında 201 qolla 8-ci pillədədir. İmmobile İtaliya millisinin heyətində 2021-ci ildə Avropa çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right