Premyer Liqa klubu paraqvaylı müdafiəçi ilə müqaqvilə imzaladı

İngiltərənin "Brayton" klubu Dieqo Qomesin müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Paraqvay millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Brayton" Dieqo Qomesi 2025-ci ilin yanvarında "İnter Mayami"dən 13 milyon avroya transfer edib. 23 yaşlı futbolçu 2025/26 mövsümündə "qağayılar"ın heyətində meydana çıxdığı 37 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right