"Roma"dan Fofana üçün 40 milyon avro

İtaliyanın "Roma" klubu Fransanın "Lion" komandasının cinah hücumçusu Malik Fofana üçün 40 milyon avro ödəyə bilər.

Newsport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, romalıların baş məşqçisi Can Pyero Qasperini oyunçunu komandasında görmək istəyir.

Bununla yanaşı, Milanın "İnter" klubu da vingeri diqqətdə saxlayır.

21 yaşlı belçikalı futbolçu 2024-cü ilin yanvarından "Lion"da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 16 oyunda iştirak edib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçu mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun 30 milyon avro təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right