La Liqanın açılış oyunu təxirə salındı

İspaniya La Liqasının ilk turunda keçirilməsi nəzərdə tutulan “Selta” – “Osasuna” matçı başqa tarixə keçirilib.

Newsport.az xəbər verir ki, bu barədə Viqo klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş avqustun 16-da Viqodakı “Abanka Balaidos” stadionunda keçirilməli idi. Matçın təxirə salınmasına səbəb meydanın yararsız vəziyyətə düşməsi olub.

Qarşılaşmanın yeni tarixi artıq müəyyənləşib. “Selta” və “Osasuna” avqustun 27-də, cümə axşamı üz-üzə gələcəklər.

La Liqanın yeni mövsümünə isə sabah, avqustun 15-də start veriləcək. Açılış matçında “Alaves” “Xetafe”ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right