“İnter Mayami” Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Leon” klubuna 2:3 hesabı ilə uduzub.
Newsport.az xəbər verir ki, “İnter Mayami”nin qollarını Daniel Pinter və Yannik Brayt vurublar. “Leon”da isə Daniel Arsila dubl edib, Xuan Dominqes bir dəfə fərqlənib.
Lionel Messi ikinci hissədə - 46-cı dəqiqə meydana daxil olub və məhsuldar hərəkətlə yadda qalmayıb.
Qeyd edək ki, bu, argentinalı hücumçunun atası Xorxe Messinin vəfatından sonra klub səviyyəsində ilk oyunu olub.
“İnter Mayami” daha əvvəl turnirdə “Atletiko San Luis”i 4:2 hesabı ilə məğlub edib, “Monterrey”ə isə 1:2 hesabı ilə uduzub.