"Ronaldo fantastik futbolçudur, amma o, bizim üçün oynaya bilməzdi" "Atletiko"nun prezidenti

Enrike Serezo bildirib ki, Kriştiano Ronaldo “Real"da oynamış futbolçu kimi “Atletiko" formasını geyinə bilməzdi.

Newsport.az xəbər verir ki, Ronaldo 2009–2018-ci illərdə "Real"da çıxış edib və klub tarixinin ən məhsuldar futbolçusu olaraq 450 qol vurub. 2022-ci ildə “Mançester Yunayted”dən ayrılmaq istədiyi dönəmdə onun “Atletiko”ya mümkün keçidi ilə bağlı xəbərlər yayılmışdı.

"Atletiko" prezidenti Serezo bu ehtimalı belə şərh edib:

“Ronaldo, şübhəsiz ki, fantastik futbolçudur, amma o, "Atletiko"da oynaya bilməzdi. İstənilən komanda onun səviyyəsində futbolçuya sahib olmaqdan məmnun olardı. Amma onun böyüklüyünü qəbul etmək bir şeydir, onu "Atletiko" formasında təsəvvür etmək isə tamam başqa məsələdir.”

2022-ci ildə də Serezo Ronaldo ilə bağlı transfer şayiələrini təkzib etmiş və onun “Atletiko”ya keçməsinin demək olar ki, mümkünsüz olduğunu bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right