"Beşiktaş" italiyalı yarımmüdafiəçi üçün hərəkətə keçdi

"Yuventus"un yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" italiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 23 yaşlı oyunçunun meneceri ilə danışıqlara başlayıb. Futbolçu ilə razılıq əldə olunsa, onun klubuna rəsmi təklif göndəriləcək.

Qeyd edək ki, Fabio Miretti "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right