İtaliyanın "Roma" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az xəbər verir ki, A Seriyası nəhəngi "Atletiko"dan Nahuel Molinanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" argentinalı futbolçu üçün İspaniya klubuna 13 milyon avro təzminat ödəyib. 28 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayına "Udineze"dən 20 milyon avroya transfer etmişdi. Argentina millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.