"Barselona"dan Rodri üçün yeni transfer həmləsi

İspaniyanın "Barselona" klubu yarımmüdafiəçi Rodrinin transferi üçün İngiltərənin "Mançester Siti" komandasına təxminən 60 milyon avro təklif edib.

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, "Barselona" artıq Rodri üçün "Mançester Siti"yə bonuslar da daxil olmaqla 60 milyon avro məbləğində yeni şifahi təklif göndərib. "Mançester Siti" Rodri üçün 80 milyon avro tələb etsə də, "Barselona" bu sövdələşməni uğurla başa çatdıracağına inanır.

Daha əvvəl "Mançester Siti"nin "Barselona" tərəfindən edilən təxminən 45 milyon avroluq təklifi rədd edib.

İngiltərə çempionatının 2025/2026 mövsümündə 30 yaşlı Rodri 21 oyun keçirib və 1 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right