“Tottenhem”in futbolçusu Manor Solomon “Vest Hem”ə keçib.
Newsport.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
“Vest Hem” 27 yaşlı israilli vingerlə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, ötən mövsüm Solomon icarə əsasında “Vilyarreal” və “Fiorentina”da çıxış edib.