Türkiyə klubu Lukakunun transferini bitirir

“Fənərbaxça” və “Napoli” Romelu Lukakunun transferi ilə bağlı danışıqlarda son mərhələyə keçib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, klublar 33 yaşlı hücumçunun transferi ilə bağlı razılığa çox yaxındır. Tərəflərin yaxın saatlarda forvardın şəxsi müqaviləsinin son detallarını da razılaşdıracağı gözlənilir.

Lukaku isə “Napoli”nin yekun razılığını gözləyir. İtaliya təmsilçisindən razılıq alındıqdan sonra futbolçunun Türkiyə klubuna keçidi rəsmiləşdirilə bilər.

Belçikalı hücumçunun “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Daha əvvəl onun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı bildirilmişdi. Hücumçu ötən mövsüm “Napoli”nin heyətində 5 oyuna çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right