İki top-klub Keyn üçün hərəkətə keçib

“Bayern”in hücumçusu Harri Keyn üçün yay transfer pəncərəsində Avropanın iki top-klubu hərəkətə keçib.

Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Barselona” bütün yay boyunca Keynin nümayəndələri ilə əlaqə saxlayıb. Kataloniya klubu paralel olaraq Xulian Alvaresin (“Atletiko”) transferi üzərində də işləyib.

Keynin keçmiş klubu “Tottenhem” də ingiltərəli hücumçunu geri qaytarmaqda maraqlı olub. Ancaq 33 yaşlı futbolçunun hazırda bütün diqqətini “Bayern”dəki çıxışına yönəltdiyi bildirilir.

Yayılan transfer xəbərləri fonunda Münhen təmsilçisi Keynlə müqavilənin müddətini uzatmaq prosesini sürətləndirmək qərarına gəlib. Klubun hücumçunun komandaya qayıtmasından dərhal sonra yeni müqavilə ilə bağlı danışıqları intensivləşdirəcəyi qeyd olunur.

Keyn ötən mövsüm “Bayern”in heyətində möhtəşəm statistikaya imza atıb. O, bütün turnirlərdə keçirdiyi 51 oyunda 61 qol vurub və 7 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right