Nelson 86 yaşında vəfat etdi

MBA-nin Şöhrət Zalının üzvü, üç dəfə mövsümün baş məşqçisi seçilən və “Boston Seltiks”in heyətində oyunçu kimi beşqat MBA çempionu olan Don Nelson 86 yaşında vəfat edib.

Nelsonun ailəsinin yaydığı açıqlamada bildirilib ki, o, bazar günü səhər yaxınlarının əhatəsində dünyasını dəyişib. Ailəsi və dostları son bir həftə ərzində Donun yanında olub, birlikdə keçirdikləri xatirələri bölüşüblər.

Don Nelsonun xatirəsinə həsr olunmuş mərasim avqustun 13-də Dallasdakı Preston-Hollou Presviterian kilsəsində keçiriləcək. Onun külünün səpilməsi ilə bağlı ailə və dostlar üçün ayrıca mərasimin tarixi isə daha sonra müəyyənləşdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right