“Real”ın futbolçusu “Fulhem”in təklifini rədd edib

“Real”ın yarımmüdafiəçisi Tiaqo Pitarc “Fulhem”ə transfer olmaqdan imtina edərək, Madrid klubunda qalmağa qərar verib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu 19 yaşlı futbolçu ilə ciddi maraqlanıb. Həmçinin, komandanın baş məşqçisi Alvaro Arbeloa da daha əvvəl tanıdığı Pitarcı komandasında görmək istəyib. Lakin yarımmüdafiəçi bu təklifi qəbul etməyib. Qərarın əsas səbəblərindən biri yeni baş məşqçi Joze Mourinyonun ona göstərdiyi etimad olub. Portuqaliyalı mütəxəssis onu əsas komanda üçün inkişaf etdirmək niyyətindədir.

Pitarc zədə səbəbindən hazırda “Real”ın mövsümöncəsi hazırlığında iştirak etmir. Lakin bu, Mourinyonun planlarını dəyişməyib və o, klubun yetirməsinə güvənir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right