"Beşiktaş" "Tottenhem"ə təklif göndərdi

"Tottenhem"in yarımmüdafiəçisi Konor Qallaher karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Beşiktaş" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Qallaheri icarəyə götürmək istəyir. "Beşiktaş" artıq bununla bağlı London klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, 26 yaşlı Konor Qallaher bu ilin yanvarında "Atletiko"dan "Tottenhem"ə transfer olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right