Arda üçün 115 milyon avroluq təklif

"Real"ın yarımmüdafiəçisi Arda Güler karyerasını Fransada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, PSJ türkiyəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Liqa 1 nəhəngi 20 yaşlı hücumameyilli yarımmüdafiəçisi üçün 115 milyon avroluq təklif göndərib. İspaniya klubu hələ ki cavab verməyib.

Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan 20 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 51 rəsmi matçda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right