"Beşiktaş"ın sabiq müdafiəçisi Super Liqaya qayıdır

"Sanderlend"in müdafiəçisi Artur Masuaku Türkiyə Super Liqasına qayıdacaq.

Newsport.az xəbər verir ki, "Konyaspor" konqolu müdafiəçinin keçidini həll edib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

32 yaşlı sol cinah müdafiəçisi Super Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Artur Masuaku 2025/26 mövsümünün ikici yarısında icarə əsasında "Lans"da çıxış edib. Təcrübəli futbolçu 2022-2025-ci illərdə "Beşiktaş"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right