"Tottenhem" yarımmüdafiəçisini Premyer Liqa klubuna satır 3 illik müqavilə

Manor Solomon “Tottenhem”dən “Vest Hem”ə keçir.

Newsport.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər transferi razılaşdırıblar və futbolçu sabah tibbi müayinədən keçəcək.

“Tottenhem” israilli yarımmüdafiəçi üçün 5 milyon funt-sterlinq alacaq. Daha 2 milyon funt bonuslar şəklində nəzərdə tutulub.

Solomon “Vest Hem”lə 3 illik müqavilə imzalayacaq. Sazişdə müqaviləni 2030-cu ilə qədər uzatmaq opsiyası olacaq.

Qeyd edək ki, ötən mövsüm Solomon icarə əsasında “Vilyarreal” və “Fiorentina”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right