Kənan Yıldız İngiltərə klubunun hədəfindədir

“Arsenal” “Yuventus”un hücumçusu Kənan Yıldıza maraq göstərir.

Newsport.az “La Stampa”-ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu London klubunun hücum xətti üçün əsas transfer hədəflərindən birinə çevrilib.

Məlumata görə, “Arsenal” Vinisius Junior variantının gündəmdən çıxmasından sonra yeni alternativ axtarışına başlayıb. Braziliyalı futbolçu “Real”la müqaviləsini yenilədikdən sonra İngiltərə klubu diqqətini Yıldıza yönəldib.

Son mövsümlərdə ciddi inkişaf edən türkiyəli futbolçu “Yuventus”un əsas fiqurlarından birinə çevrilib. Turin klubu isə onu asanlıqla satmaq niyyətində deyil.

Bildirilir ki, “Yuventus” “Arsenal”dan 100 milyon avrodan yüksək məbləğ tələb edəcək. Turin təmsilçisi yalnız belə bir təklifdən sonra transferlə bağlı danışıqlara başlamağa hazırdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right