Millinin futbolçusu sıradan çıxdı

"Leyptsiq"in yarımmüdafiəçisi Assan Ouedraoqo zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, Almaniya millisinin üzvü məşq zamanı sağ çiynindən zədə alıb. Klubun məlumatına görə, 19 yaşlı futbolçunun müalicəsi əməliyyatsız aparılacaq.

Ouedraoqo zədələndiyi məşqdə ağrıdan çətinlik çəkib və bir neçə dəfə çiynini tutub.

Qeyd edək ki, bu, gənc futbolçunun son dövrdə yaşadığı növbəti zədə problemidir. O, ilin əvvəlində sol dizindəki vətər zədəsinə görə bir neçə ay yaşıl meydanlardan uzaq qalıb. Ötən ilin sonunda da həmin nahiyədəki zədə səbəbindən bir neçə həftə oynamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right