Nəriman Axundzadə rəsmən “Erzurumspor”da FOTO

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib. 

Newsport.az xəbər verir ki, bu haqda Türkiyə klubunun instaqram hesabında məlumat paylaşılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib. 

23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək.  

Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulacağı bildirilirdi.

Xatırladaq ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right