Reynders Premyer Liqada klubunu dəyişə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Newsport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Nottingem Forest”in mərkəz yarımmüdafiə xətti üçün əsas transfer hədəfidir.

Bildirilir ki, “Mançester Siti” Reynders üçün 70 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır. “Şəhərlilər” niderlandlı futbolçunu ötən yay “Milan”dan 55 milyon avro qarşılığında transfer edib.

Reynders “Mançester Siti”nin heyətində 28 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right