Son günlər transfer bazrında aktivliyi ilə seçilən Çin klubları daha bir transfer həyata keçirib.
Newsport.az-ın məlumatına görə, Asiya ölkəsinin "Jianqsu Suninq” klubu Donetsk "Şaxtyor”undan Aleks Teixeiranı transfer edib.
Çin təmsilçisi bu keçid üçün "Şaxtyor”a 50 milyon avr ödəyib. Bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Donetsk təmsilçiusui Teixeiraya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, İngiltərənin "Liverpul” klubu da futbolçunun xidmətində maraqlı idi. Lakin "Liverpul”un 40 milyon avroluq transfer təklifi "Şaxtyor”u razı salmamışdı.