"Beşiktaş" "Flamenqo"dan vingeri istəyir

"Beşiktaş" transfer çalışmalarına davam edir.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Flamenqo”nun üzvü Luiz Arauxonu heyətinə qatmağı planlaşdırır.

Hazırda tərəflər arasında danışıqlar gedir. 30 yaşlı vingerin “Flamenqo” ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir.

“Əl-Sədd” və “Atletiko Mineyro” klublarının da transfer siyahısında yer almış braziliyalının “Beşiktaş”a keçmək istədiyi bildirilir. O, “Sao Paolo”, “Novorizontino”, “Lill” və “Atlanta” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right