"Real"ın hücumçusu London klubunda

Madrid "Real"ının hücumçusu Qonsalo Qarsiya İngiltərənin "Fulhem" klubuna transfer olunub.

Newsport.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədə olacaq. Transfer məbləği açıqlanmasa da, "Real"ın hücumçu üçün 40 milyon avro alacağı bildirilir.

Qonsalo 2025-ci ilin yayında "Real"ın əsas komandasına qoşulub. O, həmin vaxtdan bəri əsas heyətdə 51 oyun keçirib, 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

"Kral klubu"nun heyətində isə o, Çempionlar Liqasının (2023/24) qalibi və İspaniya çempionu (2023/24) olub. Həmçinin onun aktivində İspaniya millisinin heyətində bir oyun var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right