Bernardo Silva: "Real"dan zəng gələndə ikinci dəfə düşünmədim

"Mançester Siti"dən ayrılaraq "Real"a keçən yarımmüdafiəçisi Bernardo Silva komandasındakı ilk məşqindən sonra təəssüratlarını bölüşüb.

Newsport.az xəbər verir ki, portuqaliyalı futbolçu "Marca"ya açıqlamasında Madrid klubundan təklif alan kimi qərarını verdiyini deyib:

"Real"a qarşı dəfələrlə oynamışam və bu klubun nə qədər böyük olduğunu hiss etmişəm. "Santyaqo Bernabeu"da oynamaq xüsusi hissdir.

"Real"dan zəng gələndə imtina etmək mümkün deyildi. İkinci dəfə düşünmədim. Ailəmə və Portuqaliyaya yaxın olmaq, oxşar mədəniyyət də seçimimə təsir etdi. Amma futbol tarixinin ən böyük klubunda oynamaq mənim üçün böyük imtiyazdır. Çox xoşbəxtəm".

Qeyd edək ki, Bernardu Silva bu yay "Mançester Siti"dən ayrıldıqdan sonra azad agent kimi "Real"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right