PSJ İtaliya klubuna 33 milyon avroluq təklif göndərdi

"Parma"nın qapıçısı Zion Sudzuki karyerasını Fransada davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, PSJ yaponiyalı qolkiperi transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 nəhəngi Sudzuki üçün İtaliya klubuna 33 milyon avroluq təklif göndərib. 23 yaşlı "əlcək sahibi" PSJ-yə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Parma" Zion Sudzukini 2024-cü ilin yayında "​Sint-Truyden"dən 8,2 milyon avroya transfer edib. Yaponiya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 30 qol buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right