Kasilyas ABŞ klubunda (?)

İspaniya milli komandasının və Portuqaliyanın "Portu” klubunun qapıçısı İker Kasilyas karyerasını ABŞ-da davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, "Mançester Siti” rəbərliyinin komandası olan "Nyu York Siti”  Frank Lempard, Andrea Pirlo və David Vilyanın daha bir əfsanəni sıralarında görmək istəyir. 
 
"ESPN”nin məlumatına görə, "Real Madrid”in heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olmuş əlcək sahibinin "Portu” ilə müqaviləsi 2017-ci ilin sonunda başa çatacaq. Ancaq Nyu-York təmsilçisi sözügedən müqavilənin müddətinin bitməsini gözləməyəcək.  Belə olan halda isə Kasilyasın yayda ABŞ-a keçəcəyi gözləniləndir. 
 
Qeyd edək ki, "Nyu York Siti”nin baş məşqçisi məşhur Patrik Vieradı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right